Aqiyə Naxçıvanlı: “Cəmiyyətdə sağlam təməl üzərində formalaşan ailələrin sayı azalmaqdadır”

Aqiyə Naxçıvanlı: “Cəmiyyətdə sağlam təməl üzərində formalaşan ailələrin sayı azalmaqdadır” “Ailələrin dağılmasında artım müşahidə olunur. Bunun səbəbləri araşdırmalıdır”
Milli Məclis
23 May , 2018 11:09
Aqiyə Naxçıvanlı: “Cəmiyyətdə sağlam təməl üzərində formalaşan ailələrin sayı azalmaqdadır”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı / Report

Bakı. 23 may. REPORT.AZ/ “Azərbaycanda ailə institutunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

O qeyd edib ki, cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında formalaşmasına çalışmalıdır: "Vətəndaş nikahı fəsadlara gətirib çıxarır. Bunun səbəbi qanunvericiliyə əməl olunmamasıdır. Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil. Cəmiyyətdə sağlam təməl üzərində formalaşan ailələrin sayı azalmaqdadır. Münaqişəli ailələrdəki uşaqlar zəif olurlar. Ailələrin dağılmasında artım müşahidə olunur. Bunun səbəbləri araşdırmalıdır.

Mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də cəmiyyətdə erkən nikahlar problem olaraq qalır. Erkən nikahlardan məişət zorakılığından tutmuş doğuş zamanı ana və uşaq ölümü, boşanmalar və fiziki psixoloji çətinliklərə rast gəlinir. Burada eyni zamanda təhsildən yayınma halları da baş verir”.

Son xəbərlər

Orphus sistemi