Amnistiyanın tətbiqi qaydaları məlum olub

Amnistiyanın tətbiqi qaydaları məlum olub Amnistiyanın tətbiqi qaydaları məlum olub.
Milli Məclis
2 Noyabr , 2021 15:51
Amnistiyanın tətbiqi qaydaları məlum olub

Amnistiyanın tətbiqi qaydaları məlum olub.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Amnistiya Azərbaycan Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:

Cəzaçəkmə müəssisələri;

İntizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı;

İcra məmurları;

Təhqiqat və ya ibtidai istintaq orqanları;

məhkəmələr;

Bu qərarın 23.1 - 23.4-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiyanın tətbiq edilməsi barədə qərarların müvafiq prokurorların razılığı ilə qəbul etməlidirlər.

Təhqiqat və ya ibtidai istintaq orqanları aministya tətbiq edərkən Azərbaycan Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi qaydalarına riayət etməli, o cümlədən Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 41.12-ci maddəsinə müvafiq olaraq barəsində aministya tətbiq olunacaq şəxslərin razılığını almalıdırlar.

Bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 5-ci və 6-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində aministyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

Bu Qərarın 4-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində aministyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır.

Apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiyanın tətbiq edilməsi məsələsinə cinayət prosesi tərəflərinin müraciətinə əsasən hökmü çıxarmış birinci instansiya məhkəmələri tərəfindən baxılır. Bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq Amnistiya Aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər üzrə şəxslərə amnistiyanın tətbiq edilməsi məsələsinə bu Qərarın 23.1-23.3-cü bəndlərində, 26-cı və 27-ci hisslərində nəzərdə tutulmuş orqanlar tərəfindən baxılır.

Apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir.

Kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarlarını üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir.

Bu Qərarın 26-cı, 27-ci və 29-cu hissələrində nəzərdə tutulmuş qaydada amnistiyanın tətbiqi məsələlərinə baxarkən, məhkəmələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət edilməlidir.

Məhkəmələr tərəfindən amnistiyanın tətbiqi məsələlərinə baxılarkən məhkəmə iclasında müvafiq prokurorun və müdafiə tərəfinin iştirakı ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada riayət edilməlidir.

Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.

Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər amnistiyanın tətbiqi barədə qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir.

Alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində aministya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsin qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır).

Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi