Ali məktəb tələbələri və müəllimlərinin hüquq və vəzifələri müəyyənləşir

Ali məktəb tələbələri və müəllimlərinin hüquq və vəzifələri müəyyənləşir Azərbaycanda ali təhsil sahəsində təhsilverənlərin və təhsilalanların hüquq və vəzifələri müəyyənləşir.
Milli Məclis
237
21 Yanvar , 2021 12:42
Ali məktəb tələbələri və müəllimlərinin hüquq və vəzifələri müəyyənləşir

Azərbaycanda ali təhsil sahəsində təhsilverənlərin və təhsilalanların hüquq və vəzifələri müəyyənləşir.

“Report”un əldə etdiyi məlumata görə, bu, “Ali təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Qeyd edək ki, sabah – yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında “Ali təhsil haqqında” yeni qanunun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun təklifləri dinləniləcək.

Toplantıda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin məsul şəxsləri, ali təhsil müəssisələrinin rektorları və təhsil ekspertləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi