Ali Məhkəmə kobud pozuntulara yol verən hakimlər barədə xüsusi qərardad çıxaracaq

Ali Məhkəmə kobud pozuntulara yol verən hakimlər barədə xüsusi qərardad çıxaracaq Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
260
25 İyun , 2021 14:38
Ali Məhkəmə kobud pozuntulara yol verən hakimlər barədə xüsusi qərardad çıxaracaq

Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişiklik layihəsi Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb.

Dəyişikliklə Məcəlləyə yeni - 438-1-ci maddədə əlavə edilir. Yeni maddəyə əsasən, Ali Məhkəmənin Plenumu işə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi