18 yaşına çatmayanlardan sümük iliyi və kök hüceyrələrinin transplantasiyasına icazə veriləcək

18 yaşına çatmayanlardan sümük iliyi və kök hüceyrələrinin transplantasiyasına icazə veriləcək Azərbaycanda 18 yaşına çatmayanlardan sümük iliyi və kök hüceyrələrin transplantasiyasına icazə veriləcək.
Milli Məclis
4 İyun , 2020 16:39
18 yaşına çatmayanlardan sümük iliyi və kök hüceyrələrinin transplantasiyasına icazə veriləcək

Azərbaycanda 18 yaşına çatmayanlardan sümük iliyi və kök hüceyrələrin transplantasiyasına icazə veriləcək.

“Report” xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsində qeyd edilib ki, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi