15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alarkən onlardan barmaq izləri götürülməyəcək

15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alarkən onlardan barmaq izləri götürülməyəcək Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izləri götürülməyəcək.
Milli Məclis
18 Mart , 2019 16:07
15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alarkən onlardan barmaq izləri götürülməyəcək

Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izləri götürülməyəcək.

“Report” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişiklik şəxsiyyət vəsiqəsi alan vətəndaşların məcburi daktiloskopik qeydiyyatdan keçirilməsini nəzərdə tutur.

Eyni zamanda 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi istisna edilir.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi