​Parlament seçkilərini YAP-ın 11 min müşahidəçisi izləyəcək

​Parlament seçkilərini YAP-ın 11 min müşahidəçisi izləyəcək Partiya seçkilərə “Yeni hədəflərə doğru” şüarı ilə qatılacaq
Milli Məclis
9 Oktyabr , 2015 14:10
​Parlament seçkilərini YAP-ın 11 min müşahidəçisi izləyəcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərə hazırlıq işlərini yekunlaşdırıb, təbliğat - təşviqat kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına başlayıb.

Bu barədə "Report"a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Partiya bu il keçiriləcək parlament seçkilərində 117 dairə üzrə namizəd irəli sürüb. İmzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

Partiya seçkiləri müşahidə etmək üçün dairə seçki komissiyalarına 125 nəfər müşahidəçi, daha 125 nəfər məşvərətçi səs hüquqlu nümayəndə, seçki məntəqələrində müşahidəçi kimi 5415 nəfər, məşvərətçi səs hüquqlu nümayəndə qismində də 5415 nəfər təyin edib. Milli Məclisə seçkiləri təxminən 11 min nəfər müşahidəçi ilə izləyəcək.

YAP seçkilərə "Yeni hədəflərə doğru" şüarı ilə qatılacaq.

Son xəbərlər

Orphus sistemi