Yuxarı

10 ildən çox sonsuzluqdan əziyyət çəkənlər üçün mayalanma və embrionun köçürülməsi ödənişsiz olacaq

Azərbaycanda ekstrakorporalmayalanma qanunvericiliklə tənzimlənəcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda ekstrakorporalmayalanma və embrionun köçürülməsi qanunvericiliklə tənzimlənəcək.

“Report”un xəbərinə görə, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin 14-cü (Ekstrakorporalmayalanma və embrionun köçürülməsi) maddəsinə əsasən, ekstrakorporal mayalanma və embrionun köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən həyata keçirilir.

10 ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçirilə bilər. Bu Qanunun məqsədləri üçün sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kommersiya, hərbi və sənaye məqsədilə insan embrionunun istifadəsi qadağandır.

Ekstrakorporalmayalanma və embrionun köçürülməsi zamanı yalnız ərin (arvadın) mayalandırma (mayalanma) qabiliyyətinə malik olan reproduktiv hüceyrələrindən istifadə oluna bilər.

Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi