Yuxarı
    Bağlamaq

    Yunanıstan parlamentinin deputatları Azərbaycandakı parlament seçkilərini müşahidə edəcək

    Onlardan biri AŞPA nümayəndə heyətinin tərkibində gələcək, qalanları Avropa Seçki Müşahidə Akademiyasını təmsil edəcək

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Yunanıstan parlamentinin deputatları Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə edəcək. 

    Bu barədə "Report"a Yunanıstanın Azərbaycandakı səfirliyindən bildiriblər. 

    "Altı deputatdan ibarət nümayəndə heyəti seçkilərin monitorinqini aparacaq. Onlardan biri AŞPA nümayəndə heyətinin tərkibində gələcək, qalanları Avropa Seçki Müşahidə Akademiyasını təmsil edəcək", - səfirlikdən bildirilib.

    Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabr ayının 1-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi