Yuxarı
    Bağlamaq

    Yevgeni Sloboda: "MDB-nin qısamüddətli müşahidəçiləri Bakıya gəlir"

    MDB-dən qeydiyyatdan keçən qısamüddətli müşahidəçilərin ümumi sayı 147 nəfər təşkil edir, son günlər ərzində artıq 80 nəfər gəlib

    Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanda parlament seçkilərini izləmək üçün MDB missiyasından qısamüddətli müşahidəçilər Bakıya gəlməkdə davam edir. 

    Bu barədə "Report"a MDB-dən oln Müşahidəçilər Missiyası Qərargahının rəhbəri Yevgeni Sloboda bildirib. 

    "MDB-dən qeydiyyatdan keçən qısamüddətli müşahidəçilərin ümumi sayı 147 nəfər təşkil edir, son günlər ərzində artıq 80 nəfər gəlib", - Y.Sloboda qeyd edib.

    O vurğulayıb ki, MDB-dən olan Müşahidəçilər Missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev Azərbaycana bu gün gunorta saatlarında gələcək.

    Y.Sloboda əlavə edib ki, noyabrın 1-də MDB müşahidəçiləri ölkənin yüzə yaxın seçki məntəqəsində monitorinq keçirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi