Yuxarı

YAP sədrinin müavini: "Sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılacaq"

Bunlar seçki kampniyasına və nəticələrə kölgə salmağa əsas vermir

Bakı. 1 noyabr. REPORT.AZ/ "Sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılacaq və nəticəyə uyğun qərarlar veriləcək". 

"Report" xəbər verir ki, bunu baş nazirin müavini, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın mərkəzi qərargahında parlament seçkilərinin başa çatması münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, səsvermədə nöqsanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılacaq: "Hesab edirəm ki, MSK və müvafiq qurumlar bunları ciddi şəkildə araşdıracaq. Faktlar təsdiq olunsa MSK tərəfdən əvvəlki illərdə olduğu kimi addımlar atılacaq".

Ə.Əhmədov bildirib ki, parlament seçkisində sosial şəbəkələrdə yayılan görüntülərə oxşar hadisələrin sayı olduqca azdır: "Bunlar seçki kampniyasına və nəticələrə kölgə salmağa əsas vermir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi