Yuxarı

YAP imzatoplama kampaniyasını başa çatdırıb

Namizədlərdən 17 nəfəri DSK-lar tərəfindən Milli Məclis üzvlüyünə namizəd kimi rəsmi qeydə alınıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyası uğurla başa çatıb. Bu barədə “Report”a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

YAP tərəfindən irəli sürülmüş hər bir namizədin Milli Məclisin üzvlüyünə namizədliyinin rəsmi qeydə alınması üçün Seçki Məcəlləsinin tələb etdiyi miqdarda imza toplanıb və müvafiq dairə seçki komissiyalarına təqdim edilib.

Sentyabrın 22-nə olan məlumata görə, artıq onlardan 17 nəfəri DSK-lar tərəfindən Milli Məclis üzvlüyünə namizəd kimi rəsmi qeydə alınıb.

İmzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi