Yuxarı

Varşavada NATO sammitinin rəsmi açılış mərasimi keçirilib

NATO baş katibi Yens Stoltenberq tədbiri giriş nitqi ilə açıb

Bakı. 8 iyul. REPORT.AZ/ Polşanın paytaxtı Varşavada NATO sammitinin rəsmi açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, sammitin işində NATO baş katibi Yens Stoltenberq, Polşa prezidenti Andjey Duda, NATO-nun üzvü və tərəfdaşı olan ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Mərasimi giriş nitqi ilə açan Y.Stoltenberq sammiti zamanı iştirakçıların Alyansın təhlükəsizliyini necə artıra və müasir çağırışlara cavab verə biləcəyini müzakirə edəcəyini deyib.

Sammit işini iyulun 9-da başa vuracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi