TÜRKPA nümayəndə heyətinin rəhbəri: "Azərbaycanda seçkilər qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilib"

TÜRKPA nümayəndə heyətinin rəhbəri: "Azərbaycanda seçkilər qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilib" Seçkilərdə texniki prosedurlar yaxşı həyata keçirilib
Milli Məclis
2 Noyabr , 2015 10:20
TÜRKPA nümayəndə heyətinin rəhbəri: Azərbaycanda seçkilər qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ "Azərbaycanda parlament seçkilərində texniki prosedurlar yaxşı həyata keçirilib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının rəhbəri, Qazaxıstan parlamentinin deputatı Serikjan Kanayev deyib.

Onun sözlərinə görə, missiya qrupu yüksək seçici fəallığını müşahidə edib və bu, Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib. S.Kanayev, həmçinin qeyd edib ki, müşahidələr Bakının Səbail, Nəsimi, Binəqədi rayonlarında həyata keçirilib.

S.Kanayev də müşahidəçilər üçün hər cür şərait yaradıldığını da vurğulayıb: "TÜRKPA missiyası seçkilərdə heç bir qayda pozuntusu qeydə almayıb. 2015-ci il seçkiləri qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilib".

Son xəbərlər

Orphus sistemi