Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq deputatların adları məlum olub - SİYAHI

Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq deputatların adları məlum olub - SİYAHI Ümumilikdə, 20 deputat yenidən namizədliyini irəli sürməyib
Milli Məclis
2 Oktyabr , 2015 18:10
Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq deputatların adları məlum olub - SİYAHI

Bakı. 2 oktyabr. REPORT.AZ/ Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb. 

"Report" xəbər verir ki, namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti oktyabrın 2-də günün sonunda bitib. 

Bununla da Milli Məclisin hazırkı deputatlarından parlament seçkilərində iştirak etməyənlərinin adları məlum olub. Ümumilikdə, 20 deputat yenidən namizədliyini irəli sürməyib. Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlament fraksiyasının üzvüdür. YAP deputatlığa namizədlərinin siyahısını hazırlayanda onlardan 13 nəfərinin adını rəsmi namizədlər siyahısına daxil etməyib. Hakim partiyanın namizədlərindən biri seçki prosesindən çəkildiyini və namizədliyini geri götürdüyünü açıqlayıb. 

Bundan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı və 5 bitərəf deputat yenidən seçkiyə qatılmayıblar.  

Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq hazırkı deputatların siyahısını təqdim edirik.  

İsmayıl Hacıyev - YAP 

Abel Məhərrəmov - YAP 

Qalib Salahzadə - YAP 

Arif Əşrəfov - YAP 

Fərhad Qəribov - YAP 

Cəlal Əliyev - YAP 

Aslan Cəfərov - YAP 

Ayaz Orucov - YAP 

Ərəstun Cavadov - YAP

Gülçöhrə Məmmədova - YAP 

Əhməd Vəliyev - YAP 

Rəbiyyət Aslanova - YAP 

Nazim Fərəcov - YAP 

Leyla Abdullayeva - YAP (namizədliyini geri götürüb)

Elton Məmmədov - bitərəf 

Ceyhun Osmanlı- bitərəf 

Aydın Abbasov - bitərəf 

Etibar Hüseynov - bitərəf 

Arif Alışanov - bitərəf 

Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri 

Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi