Yuxarı

Saat 12:00-a seçici fəallığı ən az və ən çox olan seçki dairələrinin adları açıqlanıb

1 Saylı Şərur-Sədərək Seçki Dairəsində 18 180 seçici səs verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün saat 12:00-a seçicilərin fəallığı ən az və ən çox olan seçki dairələrinin adları açıqlanıb. “Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, seçicilərin ən az fəallığı 47 Saylı Mingəçevir Seçki Dairəsində olub: 6 737 (18,1%). Ən aktiv isə 1 Saylı Şərur-Sədərək Seçki Dairəsi olub, burada 18 180 seçici səs verib. Bu da 47,3% seçici aktivliyi deməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi