Rusiya MSK sədri: "DTİHB Azərbaycana müşahidəçi göndərməməklə bir sıra ölkələrlə münasibətlərinə xələl gətirəcək"

Rusiya MSK sədri: "DTİHB Azərbaycana müşahidəçi göndərməməklə bir sıra ölkələrlə münasibətlərinə xələl gətirəcək" "Düşünürəm ki, bu insident bir sıra ölkələrin münasibətlərinə ciddi təsir edəcək"
Milli Məclis
21 Oktyabr , 2015 15:19
Rusiya MSK sədri: DTİHB Azərbaycana müşahidəçi göndərməməklə bir sıra ölkələrlə münasibətlərinə xələl gətirəcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycana müşahidəçi göndərməkdən imtina etməklə bir sıra ölkələrlə münasibətləri pisləşdirə bilər. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov regionların seçki komissiyalarının sədrləri ilə keçirilən ümumrusiya müşavirəsində bildirib.

"Düşünürəm ki, bu insident bir sıra ölkələrin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərinə ciddi təsir edəcək", - o deyib. 

Xatırladaq ki, sentyabrın 11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Link bildirib ki, qurum Azərbaycandakı parlament seçkilərinə müşahidəçi missiyası göndərməmək haqda qərar qəbul edib. 

ATƏT-in Azərbaycandakı daimi nümayəndəliyi bu qərardan narahatlığını bildirib: "Bu, ATƏT DTİHB direktorunun üzərinə qoyulan mandatın ciddi şəkildə pozulmasıdır". 

Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi