Yuxarı

Rusiya MSK Azərbaycanda seçkilərə hazırlığı və onun gedişini yüksək qiymətləndirib

Vladimir Çurov: Seçkilərdə kifayət qədər yüksək seçici fəallığı olub

Bakı. 2 noyabr. REPORT.AZ/ "Azərbaycanda sərt hava şəraitinə baxmayaraq, seçkilərin yüksək səviyyədə təşkili, seçki prosesinin lazımi səviyyədə olması üçün xeyli səy göstərilib".

"Report"un məlumatına görə, bunu Rusiya Federasiyası MSK-nın sədri Vladimir Çurov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bütün seçki məntəqələri vaxtında açılıb və seçkilər kifayət qədər yüksək seçici fəallığı ilə keçib. Şəffaf qutular, xeyli müşahidəçi olub.

"Azərbaycanlı həmkarlarımız sərt hava şəraitinə baxmayaraq, seçkilərin yüksək səviyyədə təşkili, seçki prosesinin lazımi səviyyədə olması üçün çox səy göstərib. Seçici fəallığı Azərbaycan tərəfinin rəsmi məlumatı ilə üst-üstə düşür. Bu da ümumi səslərin sayılmasında dəqiqliyin və şəffaflığın olmasına dəlalət edir", - Rusiya Federasiyası MSK-nın sədri deyib.

O bildirib ki, Rusiya MSK MDB missiyası kimi, seçici siyahısındakı yüksək dəqiqliyi xüsusi qeyd etməyi özünə borc bilir.

V.Çurovun sözlərinə görə, müşahidəçilər seçkidə qayda pozuntusu qeydə almayıb: "Gizli səsvermə üçün kifayət qədər kabinələr var idi. Bülletenlərin sayı isə seçici siyahısında səsverənlərin sayına uyğun idi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi