Rumıniya Azərbaycanın seçki təcrübəsindən istifadə etmək istəyir

Rumıniya Azərbaycanın seçki təcrübəsindən istifadə etmək istəyir "Bu, bizə çoxsaylı səsvermə ilə mübarizə aparmağa yardım edəcək"
Milli Məclis
1 Noyabr , 2015 13:37
Rumıniya Azərbaycanın seçki təcrübəsindən istifadə etmək istəyir

Bakı. 1 noyabr. REPORT.AZ/ Rumıniya Azərbaycanda istifadə olunan seçki məntəqlərində veb-kameraların quraşdırılması və seçicilərin barmaqlarının yalnız ultrabənövşəyi lampalarla görünən mürəkkəblə işarələnməsi təcrübəsi ilə yaxından maraqlanır. "Report" xəbər verir ki, bu məlumatı jurnalistlərə açıqlamasında Rumıniya Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Çinka Razvan deyib.

Onun sözlərinə görə, Rumıniya öz seçkilərində Azərbaycan təcrübəsinin müəyyən hissəsindən istifadə etmək istəyir: "Seçkilər yaxşı təşkil olunub. Mən artıq ikinci dəfədir Bakıda oluram. Azərbaycanda seçki prosesi bizə maraqlıdır. Çünki Azərbaycan təcrübəsinin müəyyən hissəsini seçkilərimizdə istifadə etmək istəyirik. Bizi daha çox Azərbaycanda istifadə olunan seçki məntəqlərində veb-kameraların quraşdırılması və seçicilərin barmaqlarının yalnız ultrabənövşəyi lampalarla görünən mürəkkəblə işarələnməsi təcrübəsi ilə yaxından maraqlandırır".

Ç.Razvan bunun səbəbini də açıqlayıb: "Bu, bizə çoxsaylı səsvermə ilə mübarizə aparmağa yardım edəcək".

MSK nümayəndəsi Azərbaycanda parlament seçkilərinin təşkilini yüksək qiymətləndirərək seçki komissiyalarının üzvlərinin peşəkarlığını xüsusi qeyd edib.

Son xəbərlər

Orphus sistemi