Bakı. 2 noyabr. REPORT.AZ/ “Noyabrın 1-də Milli Məclisə seçkilər azad, ədalətli və demokratik keçirildi. Heç bir qayda pozuntusu qeydə alınmadı. Təşkilatçılıq da yüksək səviyyədə idi”.
“Report”un məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ParlamentAssambleyasının və Serbiya Parlamentinin üzvü İqor Becic deyib.
O qeyd edib ki, seçkilərə müşahidəçi qismində Serbiya parlamentinin 10 nümayəndəsi qatılıb.
“Seçki prosesi demokratik keçirildi. Bu demokratik seçkilər münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Hər iki dövlətlər arasında müsbət əməkdaşlıq var idi. Ümid edirəm ki, bundan sonra da əlaqələrimiz genişlənəcək”, - o, əlavə edib.