Prezidentin köməkçisi: "Azərbaycan gənci seçkilərlə bağlı mənfi rəy yaratmağa çalışanlara müqavimət göstərməlidir“

Prezidentin köməkçisi: "Azərbaycan gənci seçkilərlə bağlı mənfi rəy yaratmağa çalışanlara müqavimət göstərməlidir“ Əli Həsənov: "Dünyada bizim xalqın maraqlarını müdafiə edən başqa dövlət yoxdur"
Milli Məclis
20 Oktyabr , 2015 12:03
Prezidentin köməkçisi: Azərbaycan gənci seçkilərlə bağlı mənfi rəy yaratmağa çalışanlara müqavimət göstərməlidir“

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycan gəncləri seçkilərlə bağlı mənfi rəy yaratmağa çalışanlara qarşı müqavimət göstərməlidir".

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Prezidentinin  İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. 

Prezident Administrasiyası, Azərbaycan Prezidenti yanında Gənclər Fondu və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə parlament seçkilərində gənclərin iştirakı ilə bağlı gənclər təşkilatları ilə keçirilən görüşdə çıxış edən Ə.Həsənov gəncləri bu ilin noyabrın 1-də keçirilən parlament seçkiləri zamanı fəal olmağa çağırıb.

Prezidentin köməkçisi bildirib ki, seçkilərdə fəal olmaqla baş verənləri ictimaiyyətə açıqlamaq lazımdır: "Dünyada bizim xalqın maraqlarını müdafiə edən başqa dövlət yoxdur. Buna görə də Azərbaycan xalqının maraqlarını həm də gənclər qorumalıdır”. 

Ə.Həsənov qeyd edib ki, gənclər seçki prosesində seçki dairələri və məntəqələrində seçicilərlə, həmçinin namizədlərlə sıx təmasda olmalı və bu məsələdə dövlətə dəstək verməlidirlər. 

Son xəbərlər

Orphus sistemi