Yuxarı

Prezident İlham Əliyev: "Milli Məclisə seçkilər demokratik normalara uyğun keçirilib"

Azərbaycanda yoxsulluq olmamalıdır

Bakı. 4 noyabr. REPORT.AZ/ "Dünyada yaşanan maliyyə və hərbi böhrana baxmayaraq, Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin edilməsi xalqla iqtidarın birliyi sayəsində mümkündür". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

Bir neçə gün əvvəl Azərbaycanda keçirilən parlament seçkilərinə toxunan ölkə başçısı bu siyasi kampaniyanın demokratik normalara uyğun başa çatdığını və bunun yerli və xarici müşahidəçilər tərəfindən təsdiq olunduğunu diqqətə çatdırıb.

"Azərbaycanda yoxsulluq olmamalıdır" deyən dövlət başçısı buna nail olmaq üçün gələcəkdə də ölkənin müsbət inkişaf dinamikasının davam etdirilməsinin zəruriliyini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi