Yuxarı

Konstitusiya Məhkəməsi tərəfindən seçkilərin yekunlarının təsdiq ediləcəyi tarix bəlli oldu

İclas noyabrın 24-də 09:30-da keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası gələn həftə Konstitusiya Məhkəməsinin binasında keçiriləcək.

Məhkəmədən "Report"-a verilən məlumata görə, iclas noyabrın 24-də 09:30-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi