Yuxarı

​Parlament seçkilərində “Exit-poll” keçirmək üçün MSK-ya müraciət edən təşkilatların sayı açıqlanıb

“Exit-poll” keçirmək üçün MSK-ya 4 təşkilat müraciət edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Parlament seçkilərində “Exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müaciət edən təşkilatların sayı açıqlanıb.

“Report”un xəbərinə görə, MSK sədri Məzahir Pənahov bildirib ki, “Exit-poll” keçirmək üçün MSK-ya 4 təşkilat müraciət edib: “Müraciət edənlərdən biri Fransa təşkilatıdır. Biri isə “ELS” Müstəqil Araşdırmalar Mərkəzidir”.

“Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün MSK-ya müraciət müddəti oktyabrın 12-də başa çatıb.

MSK səsverməyə ən azı 10 gün qalmış, yəni oktyabrın 22-dək həmin müraciətlərə baxıb qərarını elan etməlidir.

Qeyd edək ki, bu ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi