Pakistanın “Diplomatic Star” jurnalında Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı məqalə çıxıb

Pakistanın “Diplomatic Star” jurnalında Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı məqalə çıxıb Məqalədə seçkilər barədə geniş məlumat verilib
Milli Məclis
17 Noyabr , 2015 20:40
Pakistanın “Diplomatic Star” jurnalında Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı məqalə çıxıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Pakistanın "Diplomatic Star" jurnalında “İslamabad Münaqişələrin Həlli İnstitutu” düşüncə mərkəzinin icraçı direktoru Sabah Aslamın "Azərbaycanda keçirilmiş parlamet seçkiləri və onun regional əhəmiyyəti" başlıqlı analitik məqaləsi çap edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə qeyd olunur ki, cəmi 24 illik müstəqilliyə baxmayaraq, Azərbaycanda xalqın tələbləri əsasında qurulan, cəmiyyətin müxtəlif sinif və qruplarını əhatə edən demokratik idarəçiliyi bərqərar etmək mümkün olub.

Müəllif xatırladır ki, Azərbaycan İslam dünyasında ilk demokratiyanı təsis etmiş ölkə kimi bilinir: "2015-ci il 1 noyabr parlament seçkilərində də Azərbaycan xalqının rifah, tərəqqi, sülh və sabitliyə dərin inamını daha aydın görmək mümkün olub. Gənclərin və qadınların seçkilərdə iştirakı, habelə seçki komissiyalarındakı fəaliyyətləri dövlətin gələcəyi baxımından mühümdür. Bu seçkilərdə yenidən qalib gəlmiş partiya öz bacarığını və ictimai-siyasi uğur və iqtisadi inkişaf baxımından daha kamil şəkildə xalqa xidmət edəcəyini göstərib".

Müəllif Azərbaycanın müxtəlif inkişaf mərhələlərindən keçdiyini, ölkənin iqtisadi inkişafının hökumətin bacarığını sübut etdiyini, beynəlxalq arenada Azərbaycanın öz mövqeyini gündən-günə möhkəmləndirdiyini ifadə edib.

Ekspert 1 noyabr parlament seçkilərinin regional əhəmiyyətinə toxunub, iqtidar partiyasının qalib gələrək gücünü artırdığını, bunun önəmli olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi