​Nuşirəvan Məhərrəmli televiziya kanallarına xəbərdarlıq edib

​Nuşirəvan Məhərrəmli televiziya kanallarına xəbərdarlıq edib “Çalışırıq ki, seçki prosesində hər şey qaydasında olsun”
Milli Məclis
2 Oktyabr , 2015 12:33
​Nuşirəvan Məhərrəmli televiziya kanallarına xəbərdarlıq edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Televiziya kanallarında ümumi ictimai-siyasi verilişlər ola bilər, amma hansısa deputatlığa namizədin təbliğatı aparılmamalıdır. Yəni, təşviqat kampaniyası qanunvericilikdə qeyd edildiyi kimi olmalıdı, burada müddət müəyyən olunub”.

“Report”un məlumatına görə, bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, bəzən ayrı-ayrı televiziya kanallarında deputatlığa namizədlərin təbliğatını şouya çevirirlər: “Belə olmamalıdır. Biz bu məsələləri diqqətdə saxlayırıq. Hansısa kanal prosesdən kənar da qala bilər, bu məsələdə onları məcbur edə bilməz”.

N.Məhərəmmli deyib ki, Azərbaycan mühüm ictimai-siyasi mərhələnin astanasındadır: “Burada medianın, xüsusilə elektron medianın rolu böyükdür. Bir seçkidən digərinə uğurla gedirik. Ümumilikdə çalışırıq ki, seçki prosesində hər şey qaydasında olsun”.

Son xəbərlər

Orphus sistemi