Nazir: "Seçkilərə kölgə salmaq istəyənlər öz niyyətlərinə çata bilməyəcəklər"

Nazir: "Seçkilərə kölgə salmaq istəyənlər öz niyyətlərinə çata bilməyəcəklər" Azad Rəhimov: "Çünki Azərbaycanda hər kəsə bərabər şərait yaradılır"
Milli Məclis
20 Oktyabr , 2015 12:17
Nazir: Seçkilərə kölgə salmaq istəyənlər öz niyyətlərinə çata bilməyəcəklər

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Azərbaycan gənci aktivliyi ilə seçilir. Ölkədə 300-dən artıq gənclər təşkilatı var. Nazirlik olaraq, biz onlara dəstək veririk”.

“Report”un məlumatına görə, bunu Prezident Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə parlament seçkilərində gənclərin iştirakı ilə bağlı gənclər təşkilatları ilə keçirilən görüşdə gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, gənclərin seçki prosesində iştirakı vacib məsələdir: “Azərbaycanda seçkilər tam demokratik keçirilir. Keçirilən seçkilərə bəzən kölgə salmağa çalışırlar. Buna çalışanlar öz niyyətlərinə çata bilməyəcəklər. Çünki Azərbaycanda hər kəsə bərabər şərait yaradılır”.

A.Rəhimov deyib ki, Azərbaycanda keçirilən bütün tədbirlərdə gənclər aktivlik nümayiş etdirirlər: "İstər seçki prosesi, istərsə də beynəlxalq tədbirlərdə gənclər fəallıq göstərirlər. Biz də nazirlik olaraq gənclərə dəstək veririk, bundan sonra da belə olacaq".

Son xəbərlər

Orphus sistemi