Yuxarı

​Zeynəb Xanlarova deputatlığa namizədliyini irəli sürüb

Xalq artisti yenidən 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizəd olub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova 50 saylı Abşeron-Qobustan seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə "Report"a 50 saylı Abşeron-Qobustan seçki dairəsinin sədri Rafəddin Nağdaliyev bildirib. 

Z.Xanlarova 2010-cu ildə keçirilən parlament seçkisində 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən deputat seçilib (əvvəllər bu dairə belə adlanırdı. Sonradan dairənin hüdudları dəyişdirilib və Abşeron-Qobustan seçki dairəsi adlandırılıb). 

R.Nağdaliyev deyib ki, bu ilin noyabrın 1-də parlamentə keçiriləcək seçkilərdə deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Abşeron-Qobustan seçki dairəsinə 8 nəfər müraciət edib, onlardan 5-nə imza vərəqi verilib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizəd irəli sürməyib.

Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi