Yuxarı

​Müsavatın deputatlığa namizədi partiya rəhbərliyinə müraciət edib

İkram İsrafil: Partiya seçkidə iştirakımı nəzərə almalıdır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Müsavat Partiyasının Divan üzvü, 115 saylı Şəki kənd ikinci Seçki Dairəsindən deputatlığa namizəd İkram İsrafil Müsavatın noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakını dayandırması qərarı ilə bağlı partiya rəhbərliyinə müraciət edib.

"Report"un məlumatına görə, İ.İsrafil bildirib ki, Müsavat Partiyasının Divanı onun təşviqat kampaniyası dövründə keçirdiyi görüşləri, insanlara verdikləri vədləri nəzərə almalıdır: "Namizəd olduğum 115 saylı Şəki kənd ikinci Seçki Dairəsində apardığım kampaniya və görüşlərdən az da olsa məlumatınız var. Şəkidən 80 km uzaqlıqda olan kəndlərin də hər birində görüşlər keçirmişik. Dairə ərazisindəki 10 min ailədə olmuşuq. İnsanlara yaşadıqları problemləri həll edəcəyimizə söz vermişik. Bu insanlar ümidlə seçkiyə gəlib mənə səs verəcəkərini gözləyirlər. Əlbəttə ki, Müsavat Partiyasının Divanının qərarında göstərilən məsələlər həllini tapmamış qalmaqdadır. İnanıram ki, Müsavat Partiyası Divanının bu gün keçiriləcək iclasında yuxarıda qeyd etdiyim və etmədiyim məsələlər nəzərə alınacaq".

Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə "Report"a açıqlamasında bu gün Divanın iclasının keçirilməyəcəyini deyib: "Divanın iclası gələn həftə olacaq". 

Xatırladaq ki, Müsavat Partiyasının Divanı parlament seçkilərində iştirakdan imtina etməklə bağlı qərar qəbul edib və partiyanın deputatlığa namizədləri geri çağırılıb. Müsavat seçkidə iştirakının dayandırması və namizədlərinin adlarının seçki bülletenlərindən çıxarılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Amma MSK-ya müraciəti qəbul etməyib. Bildirilib ki, namizədliyin geri götürülməsi seçkiyə 10 gün qalmışa qədər mümkündür. Müsavat rəhbərliyi isə MSK-nın bu qərarını əsassız sayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi