Müsavatın bəzi deputatlığa namizədləri partiyanın qərarına tabe olmaqdan imtina edib

Müsavatın bəzi deputatlığa namizədləri partiyanın qərarına tabe olmaqdan imtina edib ​Gülağa Aslanlı: "Müsavatın seçki ilə bağlı qərarına tabe olmayan partiyanın deputatlığa namizədləri ilə bağlı müzakirə aparılacaq"
Milli Məclis
29 Oktyabr , 2015 11:18
Müsavatın bəzi deputatlığa namizədləri partiyanın qərarına tabe olmaqdan imtina edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Müsavat Partiyasının seçki ilə bağlı qərarına hörmətlə yanaşıram, lakin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcəm".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının təşəbbüsü ilə 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən İltizam Əkbərli deyib.

O bildirib ki, hazırda seçkiqabağı təşviqat kampaniyasını davam etdirir.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə "Report"a açıqlamasında bildirib ki, Müsavatın seçki ilə bağlı qərarına tabe olmayan partiyanın deputatlığa namizədləri ilə bağlı müzakirə aparılacaq və qərar veriləcək. "Müsavat Partiyası noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtina edib və deputatlığa namizədlərini geri çağırıb", - G.Aslanlı xatırladıb.

Müsavat Partiyasının Məclis üzvü, partiyanın təşəbbüsü ilə 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən İkram İsrafil də seçki dairəsi ərazisində görüşlərini davam etdirir. Lakin o, məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi