Məhkəmə Müsavat Partiyasının MSK-ya qarşı şikayətini təmin etməyib

Məhkəmə Müsavat Partiyasının MSK-ya qarşı şikayətini təmin etməyib Məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək
Milli Məclis
3 Noyabr , 2015 14:38
Məhkəmə Müsavat Partiyasının MSK-ya qarşı şikayətini təmin etməyib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı şikayətini təmin etməyib. 

Partiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şikayətə hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılıb. 

Məlumata görə, Müsavat Partiyası məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək: "Müsbət cavab almayacağımız təqdirdə, bu hüququn pozulması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik".

Xatırladaq ki, Müsavat Partiyası MSK-nın oktyabrın 29-da qəbul etdiyi qərardan (Müsavat Partiyası namizədlərinin adlarının seçki bülletenlərindən çıxarılmaması ilə bağlı) şikayət edib. Şikayətdə Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü bəndinin (azad seçki hüququ) pozulmasının tanınması ilə bağlı iddia qaldırılıb.

Son xəbərlər

Orphus sistemi