Yuxarı

Müsavat Partiyası mitinq təyin edib

Divanın növbədənkənar iclasının çağırılması barədə qərar da qəbul olunub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Bu barədə “Report”a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı oktyabrın 6-da saat 14:00-da partiyanın VIII Qurultayından sonrakı birillik fəaliyyəti və parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirəcəyini bildirib.

Divanda oktyabrın 25-də saat 15:00-dan 17:00-dək Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) “Azad seçki!” şüarı ilə mitinq keçirmək qərara alınıb.

Həmçinin, oktyabrın 10-da saat 12:00-da seçki prosesini müzakirə etmək üçün Divanın növbədənkənar iclasının çağırılması barədə qərar qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi