Yuxarı
    Bağlamaq

    ​İltizam Əkbərli Müsavat Divanının qərarına münasibət bildirib

    Seçicilərimə verdiyim vədlərə görə seçkidə iştirak etdim və bunu doğru hesab edirəm

    Bakı. 11 noyabr. REPORT.AZ/ "Əvvəlki mövqeyimdə qalıram, seçicilərimə verdiyim vədlərə görə seçkidə iştirak etdim və bunu doğru hesab edirəm".

    Bunu "Report"a açıqlamasında noyabrın 1-də keçirilən parlament seçkilərində 79 saylı İmişli Seçki Dairəsindən namizəd olmuş sabiq deputat, Müsavat Partiyasının üzvü İltizam Əkbərli deyib.

    İ.Əkbərli Müsavat Divanının seçkidə iştirak etdiyinə görə ona töhmət verməsinə münasibət bildirərkən deyib ki, partiya Divanının qərarına sayğı ilə yanaşır: "Mən əvvəl də demişdim ki, seçkidə iştirakımla bağlı partiya nə qərar verəcəksə, hörmətlə yanaşacam".

    Sabiq deputat Müsavat Partiyasının parlament seçkilərindən kənara çəkilməsini şərh etmək istəməyib.

    Xatırladaq ki, Müsavat Divanının dünən keçirilən iclasında partiyanın noyabrın 1-də baş tutan parlament seçkilərində iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin partiya intizamı məsələsinə baxılıb. Onun partiyadan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi