Yuxarı

​Parlament seçkilərini izləyəcək müşahidəçilərin MSK-ya müraciət müddəti sabah başa çatır

Qeydə alınmış namizədin MSK-ya ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti də bitir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmə müddəti sabah - oktyabrın 22-də başa çatır.

"Report"un məlumatına görə, parlament seçkilərini aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında və beynəlxalq müşahidəçilər izləyə bilərlər.

Beşinci çağırış Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bunun üçün seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək MSK-ya müraciət olunmalıdır.

Bundan başqa, qeydə alınmış namizədin MSK-ya ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti də sabah başa çatır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi