MSK-ya daxil olan müraciətlərə baxılıb

MSK-ya daxil olan müraciətlərə baxılıb Ümid Partiyasının üzvünün namizədliyi qeydə alınıb
Milli Məclis
28 Sentyabr , 2015 16:52
MSK-ya daxil olan müraciətlərə baxılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Sonra bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkilərilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova Ümid Partiyasının üzvü Anar İsayevin deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya müraciət edildiyini deyib. O qeyd edib ki, MSK-nın Ekspert Qrupu Anar İsayevin 81 saylı Beyləqan Seçki Dairəsindən namizədliyinin qeydə alınmaması məsələsini araşdırıb.

Məlum olub ki, onun təqdim etdiyi imzalar yetərlidir. A.İsayevin namizədliyinin qeydə alınması məsələsi səsə qoyularaq qəbul edilib.

Müsavat Partiyasının Divan üzvü Vəfa Abbasovanın (Cümşüdlü) deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə də baxılıb. MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırma nəticəsində 550 imzadan 133-ü etibarsız hesab edilib. Beləliklə, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin qərarı qüvvədə saxlanılıb, yəni V.Abbasovanın deputatlığa namizədliyi qeydə alınmayıb.

Sonda cari məsələlərə baxılıb.

Son xəbərlər

Orphus sistemi