Yuxarı

MSK sədrinin müavini: “Beynəlxalq müşahidəçilər səsvermə prosesindən razı qalıblar”

“Seçki məntəqələrində quraşdırılan veb-kameralarda heç bir pozuntu müşahidə edilməyib”

Bakı. 1 noyabr. REPORT.AZ/ “Beynəlxalq müşahidəçilər parlament seçkiləri ilə bağlı keçirilən səsvermə prosesindən razı qalıblar”.

“Report”un məlumtına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib.

O bildirib ki, seçki məntəqələrində quraşdırılan veb-kameralarda heç bir pozuntu müşahidə edilməyib: “Ümumilikdə Mərkəzi Seçki Komissiyasına 92 müraciət daxil olub. Bu müraciətlər də sorğu xarakterlidir. Bütün bunlar seçkinin normal qaydada keçdiyini göstərir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi