MSK sədri: “Video-çəkilişə etiraz etmək hər kəsin konstitusion hüququdur”

MSK sədri: “Video-çəkilişə etiraz etmək hər kəsin konstitusion hüququdur” “Bizim üçün də beynəlxalq ekspertlərin dedikləri əsasdır, nəinki yerli ekspertlərin”
Milli Məclis
12 Noyabr , 2015 17:26
MSK sədri: “Video-çəkilişə etiraz etmək hər kəsin konstitusion hüququdur”

Bakı. 12 noyabr. REPORT.AZ/ “Seçki ilə bağlı şikayətlərin araşdırılması üçün arayışlar toplanmalıdır”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O deyib ki, bu, beynəlxalq praktikada da var: “Bizim üçün də beynəlxalq ekspertlərin dedikləri əsasdır, nəinki yerli ekspertlərin. İnsanların məsələyə yanaşması öz şəxsi işləridir”.

M.Pənahov bildirib ki, seçki prosesində video-çəkiliş aparmağa şərait yaradılır: “Amma kimsə buna etiraz edirsə, çəkiliş aparmaq olmaz, bu, onun konstitusion hüququdur”.

Qeyd edək ki, bəzi deputatlığa namizədliyi qeydə alınan şəxslər seçki məntəqələrində video-çəkilişlərin sübut kimi qəbul olunmamasından şikayətləniblər.

Son xəbərlər

Orphus sistemi