Bakı. 1 noyabr. REPORT.AZ/ V çağırış Milli Məclisə seçkilərə start verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. “Report”un xəbərinə görə, o bildirib ki, 5,2 milyona yaxın seçicinin səs verməsi üçün bütün şərait yaradılıb: “125 dairə üzrə 5 547 məntəqədə səsvermə olacaq. Seçkilərdə 767 namizəd iştirak edir, hesab edirəm ki, bu böyük göstəricidir. Seçicilərin səs verməsi üçün ölkədə ictimai-siyasi stabillik mövcuddur. Həm ictimai-siyasi sabitlik, həm də Azərbaycan cəmiyyətinin seçkilərə münasibəti bizə deməyə imkan verir ki, seçkilər şəffaf və azad keçiriləcək”.
Daha sonra dövlət himni səsləndirilib.