Yuxarı

MSK sədri seçicilərə müraciət edib

Seçicilər səsverməyə gələndə növbələrini gözləməlidirlər və məntəqəyə daxil olandan sonra öz işlərini mümkün qədər tez bitirməlidirlər

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Sabah saat 07:30-dan başlayaraq seçki məntəqələrində canlanma olacaq".

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deyib. 

O qeyd edib ki, məntəqə seçki komissiyalarının üzvləri Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət göstərəcəklər. M.Pənahov qeyd edib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün geniş təlimlər keçirilib və onlar öz vəzifələrini yaxşı bilirlər: "Məntəqələrdə heç bir problem yaşanmamalıdır. Çünki bunun üçün lazım olan bütün işlər, hazırlıq görülüb"

MSK sədri seçicilərə də müraciət edib: "Seçicilər seçki məntəqələrində basabas yaratmamalıdır. Seçicilər səsverməyə gələndə növbələrini gözləməlidirlər və məntəqəyə daxil olandan sonra öz işlərini mümkün qədər tez bitirməlidirlər".

Müşahidəçilərin işi barədə danışan M.Pənahov bildirib ki, onların geniş səlahiyyətləri var və onlar seçkiləri əvvəldən axıra qədər müşahidə edə, nöqsanları qeyd edə bilərlər: "Lakin müşahidəçilər bəzən seçki komissiyalarının işinə müdaxilə edirlər. Bu, baş verirsə, yuxarı seçki komissiyasına xəbər verilməlidir. Biz maksimum şəkildə çalışırıq ki, pozuntular olmasın"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi