Yuxarı

MSK sədri: "Müsavat Partiyasının namizədlərinin adları seçki bülletenlərində saxlanılacaq"

Seçicilər onlara səs verəcək, seçilsələr, deputat olacaqlar

Bakı. 31 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komisisyasının sədri Məzahir Pənahov Müsavat Partiyasının seçkilərdə iştirakını dayandırmaq haqda qərarına münasibət bildirib.

"Report"un məlumatına görə, M.Pənahov deyib ki, MSK bu məsələni müzakirə edib: "Seçki Məcəlləsində bunun həlli yoxdur. Heç kəs onların adını büllütenlərədn çıxara bilməz. Əgər 10 gün əvvəl müraciət etsəydilər namizədlərinin adları büllütenlərədn çıxarılardı. İndiki halda bu mümkün deyil".

Onun sözlərinə görə, 10 gündən sonra hansısa namizədin adını siyahıdan çıxarılması mümkün deyil. "Buna heç kimin ixtiyarı yoxdur. Bu, başqa məqsədlər üçün atılan addımlardır. Bu maraqlı və ilk dəfə baş verən hadisədir. Onların adları siyahıda olacaq, seçicilər onlara səs verəcək, seçilsələr, deputat olacaqlar. Parlamentə gedib-getməmələri onların şəxsi işidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi