Yuxarı

MSK sədri: “Deputatlığa namizədliyi qeydə alınanlardan bir hissəsi namizədliyini geri götürüb”

“Çaşqınlıq yaranmaması üçün seçki dairə və məntəqələrində bildirişlər asılacaq”

Bakı. 14 oktyabr. REPORT.AZ/ “Deputatlığa namizədliyi qeydə alınanlardan bir hissəsi namizədliyini geri götürüb”.
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

“Oktyabrın 13-nə olan məlumata görə, artıq namizədlərin sayı 1000 ətrafındadır”, - MSK sədri bildirib.

Seçki bülletenlərinin çapından sonra deputatlığa namizədlərin namizədliklərini geri götürməsinə gəlincə M.Pənahov deyib ki, çaşqınlıq yaranmaması üçün seçki dairə və məntəqələrində bildirişlər asılacaq.
Qeyd edək ki, parlament seçkilərində səsvermə günü üçün 5 milyon 344 min 431 bülleten çap olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi