Yuxarı

MSK: Saat 17:00-dək seçicilərin 50,1 faizi səs verib

Səsvermə davam edir

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.
“Report”un məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, səsverməyə start verilən andan indiyədək ölkə üzrə 5 milyon 198 min 658 seçicidən 50,1 faizi ( 2 605 948 nəfər) səsvermədə iştirak edib.

Ən yüksək aktivlik 78,8 faizlə (38 142 ) 14 saylı Xəzər, ən aşağı isə nəticə isə 31,09 faizlə (12 204) 31 saylı Suraxanı ikinci Seçki Dairəsində müşahidə olunub.

Səsvermə davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi