Yuxarı

​MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqlayıb

İndiyədək 1 246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 22 606 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müşahidəçilərin 167-si MSK-da qeydiyyatdan keçib. Dairə seçki komissiyalarında isə 22 606 müşahidəçi qeydə alınıb: “20 ölkədən də 138 müşahidəçi seçkiləri izləmək üçün Azərbaycana gələcək”.

İndiyə qədər MSK-da 64 müraciətə baxılıb. 15 müraciət təmin olunub.

Qeyd edək ki, indiyədək 1 246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi