Bakı. 18 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də keçirilən parlament seçkilərinin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqda qərar verib.
“Report”un məlumatına görə, MSK seçkilərin yekunu ilə bağlı protokolu yoxlayaraq təsdiq edib. Protokolu MSK üzvü Akif Qurbanovdan başqa, digər üzvlər imzalayıblar
İclasda sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması ilə bağlı qərar qəbul olunub.