MSK parlament seçkilərində “exit-poll” keçirəcək təşkilatların adlarını açıqlayıb

MSK parlament seçkilərində “exit-poll” keçirəcək təşkilatların adlarını açıqlayıb "ELS" təşkilatı, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası “exit-poll” keçirəcək
Milli Məclis
20 Oktyabr , 2015 16:31
MSK parlament seçkilərində “exit-poll” keçirəcək təşkilatların adlarını açıqlayıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası parlament seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxıb. 

“Report” xəbər verir ki, MSK-nın bugünkü iclasında qurumun sədr müavini Natiq Məmmədov deyib ki, artıq Azərbaycanda bir neçə seçkidə “exit-poll” keçirilib. O bildirib ki, bununla bağlı ölkədə strukturlaşmış qurumlar var.

N.Məmmədov qeyd edib ki, müraciət edənlər "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasıdır.

MSK sədrinin müavini vurğulayıb ki, müraciət edən təşkilatların kifayət qədər təcrübəsi var: “Hər qurumun özünün hədləri var. Məsələn, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi 18 dairədə, 210 seçki məntəqəsində, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi isə 110 seçki dairəsinin 180 seçki məntəqəsi üzrə "exit-poll" keçirəcək”.

Müzakirələrdən sonra müraciətlər səs verməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi