MSK parlament seçkiləri ilə bağlı bir neçə müraciətə baxıb

MSK parlament seçkiləri ilə bağlı bir neçə müraciətə baxıb Müraciətlərin bir hissəsi qanunvericiliyə uyğun tərtib edilmədiyi, təqdim olunan sübutlar mötəbər hesab edilmədiyi üçün təmin olunmayıb
Milli Məclis
14 Noyabr , 2015 17:47
MSK parlament seçkiləri ilə bağlı bir neçə müraciətə baxıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə bağlı müraciətlərə baxılıb. "Report" xəbər verir ki, 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi qeydə alınan Vətəndaş və İnkişaf Partyasının sədri Əli Əliyev və həmin dairədən bir neçə namizəd MSK-ya müraciət edərək həmin dairədə bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib və həmin seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

İclasda bildirilib ki, müraciət MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və yalnız həmin dairə üzrə 29 saylı seçki məntəqəsi üzrə səsvermənin etibarsız hesab edilməsi üçün əsas yaranıb. Digər məntəqələrlə bağlı edilən şikayət isə öz təsdiqini tapmadığı üçün təmin edilməyib.

Daha sonra 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Yaqub Babalı, 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyi qeydə alınan İlhamiyyə Rzayeva və digərlərinin müraciətlərinə baxılıb. Müraciətlər qanunvericiliyə uyğun tərtib edilmədiyi, təqdim olunan sübutlar mötəbər hesab edilmədiyi və əsassız hesab edildiyi üçün təmin olunmayıb.

Son xəbərlər

Orphus sistemi