Rüfət Gülməmmədov: “MSK-nın “Qaynar xətt”inə 92 müraciət daxil olub”

Rüfət Gülməmmədov: “MSK-nın “Qaynar xətt”inə 92 müraciət daxil olub” “İndiyədək qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb”
Milli Məclis
1 Noyabr , 2015 18:05
Rüfət Gülməmmədov: “MSK-nın “Qaynar xətt”inə 92 müraciət daxil olub”

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində saat 17:00-dək MSK-ya daxil olan müraciətlərin sayını açıqlayıb. “Report”un məlumatına görə, MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri R.Gülməmmədov deyib ki, MSK-nın 115 saylı “Qaynar xətt”inə 92 müraciət daxil olub. Bu, zənglərlə və başqa vasitələrlə edilib. Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün olub. “İndiyədək qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb”, - R.Gülməmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi