Yuxarı

MSK Müsavat Partiyası Məclisinin sabiq sədrinin şikayətini təmin etməyib

Arzu Səmədbəyli DSK-ya 547 imza təqdim edib, onlardan 117-si etibarsız sayılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Müsavat Partiyası Məclisinin sabiq sədri Arzu Səmədbəylinin şikayətinə baxılıb. 

“Report”un məlumatına görə, MSK üzvü Validə Kazımova deyib ki, 8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyası A.Səmədbəylinin deputatlığa namizədliyini qeydə almayıb və o, DSK-nın qərarı ilə bağlı MSK-ya müraciət edib. 

V.Kazımova bildirib ki, A.Səmədbəylinin Dairə Seçki Komissiyasına təqdim etdiyi imzalar yetərli olmayıb. O deyib ki, A.Səmədbəyli DSK-ya 547 imza təqdim edib, onlardan 117-si etibarsız olduğu üçün onun namizədliyi qeydə alına bilməz.

Məsələ səsə qoyularaq qəbul edilib, A.Səmədbəylinin bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi