Yuxarı

MSK Müsavat başqanının müavininin şikayətinə baxıb

MSK sədri Məzahir Pənahov müraciətə öncə müvafiq dairə seçki komissiyasında baxılmalı olduğunu bildirib

Bakı.18 sentyabr. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlının müraciəti müzakirəyə çıxarılıb.

"Report"un məlumatına görə, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

S.Soltanlı müraciətində deputatlığa namizədliyinin irəli sürüldüyü 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində imzatoplama kampaniyasında təzyiqlərlə üzləşdiyini bildirib. 

MSK sədri Məzahir Pənahov qanunvericilyin tələbinə uyğun olaraq müraciətə öncə müvafiq dairə seçki komissiyasında baxılmalı olduğunu bildirib. Məsələ səsverməyə çıxarılıb və S.Soltanlının müraciətinin aidiyyəti üzrə baxılması üçün 50 saylı Abşeron-Qobustan Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi