Yuxarı

​MSK “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb

“Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından və MSK-nın internet səhifəsindən əldə etmək mümkündür

Bakı. 19 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. Bu barədə “Report”a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.

Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

“Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.

Bundan başqa, Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dairyaddaş kitabçası” hazırlayıb.

Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi